◷ B.e.–Cümə 09:30–18:00 · Şənbə 10:30–15:00⌖ Bakı, Nəsimi r-n, Ceyhun Hacıbəyli 43b, AZ1014+994 51 240 75 33
HBCONSULTING BUSINESS ADVISORY
Ana səhifə/Azərbaycanda hüquqi şəxslərin qeydiyyatı

Azərbaycanda hüquqi şəxslərin qeydiyyatı

Hüquqi şəxslərin təsisi, filial və nümayəndəliklərin qeydiyyatı ilə bağlı məlumat.

Bu məqalə əvvəlki saytdan bərpa edilmiş tarixi məlumatdır. Qanunvericilik dəyişə bilər.

Qeydiyyat formaları

  • Yerli investisiyalı hüquqi şəxsin fiziki şəxs tərəfindən təsisi
  • Yerli investisiyalı hüquqi şəxsin hüquqi şəxs tərəfindən təsisi
  • Xarici investisiyalı hüquqi şəxsin hüquqi şəxs tərəfindən təsisi
  • Xarici investisiyalı hüquqi şəxsin fiziki şəxs tərəfindən təsisi
  • Hüquqi şəxsin nümayəndəliyinin təsisi
  • Hüquqi şəxsin filialının təsisi

Yerli investisiyalı hüquqi şəxs — fiziki şəxs tərəfindən təsis

  • Müəssisənin təsisçisinin(lərin) şəxsiyyət vəsiqəsi(ləri) surəti(ləri)
  • Müəssisənin hüquqi ünvanının qeydiyyat vəsiqəsinin və ya şəhadətnaməsinin notarial təsdiq olunmuş forması
  • Direktor vəzifəsinin icrasına təsisçi(lər) kənar bir şəxsi təyin edirsə, həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti
  • Qeydiyyat üçün lazımı sənədləri imzalamağı, dövlət orqanlarına müraciət etməyi və bununla bağlı bütün hərəkətləri etmək üçün müvəkkil şəxsin adına notariusda təsdiq olunmuş etibarnamə (etibarnamənin yazılış formasını biz təqdim edirik)

Qeyd: əgər müəssisənin hüquqi ünvanı təsisçinin (və ya təsisçilərdən birinin) adına deyilsə, onda seçilən hüquqi ünvan kimin adınadırsa, onun notariusda təsdiq edilmiş etiraz etmirəm ərizəsi (ərizənin yazılış formasını biz təqdim edirik) bu sənədlərə əlavə olunur.

Yerli investisiyalı hüquqi şəxs — hüquqi şəxs tərəfindən təsis

  • Təsisçi hüquqi şəxsin notariusda təsdiq olunmuş nizamnaməsi
  • Notariusda təsdiq olunmuş təsisçi hüquqi şəxsin qeydiyyat haqqında şəhadətnaməsi
  • Hüquqi şəxsin təsis edilməsi barədə qərar
  • Qeydiyyat üçün lazımı sənədləri imzalamağı, dövlət orqanlarına müraciət etməyi və bununla bağlı bütün hərəkətləri etmək üçün müvəkkil şəxsin adına etibarnamə
  • Müəssisənin hüquqi ünvanının qeydiyyat vəsiqəsinin və ya şəhadətnaməsinin notarial təsdiq olunmuş forması

Xarici investisiyalı hüquqi şəxs — hüquqi şəxs tərəfindən təsis

  • Baş müəssisənin notariusda təsdiq olunmuş və ya müvafiq ölkədə Azərbaycan Respublikasının səfirliyində leqallaşdırılmış hüquqi şəxsin nizamnaməsi*
  • Notariusda təsdiq olunmuş və ya müvafiq ölkədə Azərbaycan Respublikasının səfirliyində leqallaşdırılmış* hüquqi şəxsin qeydiyyat haqqında şəhadətnaməsi
  • Notariusda təsdiq olunmuş və ya müvafiq ölkədə Azərbaycan Respublikasının səfirliyində leqallaşdırılmış* hüquqi şəxsin təsis edilməsi barədə qərar
  • Qeydiyyat üçün lazımı sənədləri imzalamağı, dövlət orqanlarına müraciət etməyi və bununla bağlı bütün hərəkətləri etmək üçün müvəkkil şəxsin adına notariusda təsdiq olunmuş və ya müvafiq ölkədə Azərbaycan Respublikasının səfirliyində leqallaşdırılmış* etibarnamə

Xarici investisiyalı hüquqi şəxs — fiziki şəxs tərəfindən təsis

  • Şəxsin öz vətənində hər hansı bir kommersiya hüquqi şəxsin təsisçisi və ya fərdi sahibkar olduğunu təsdiq edən notariusda təsdiq olunmuş və ya müvafiq ölkədə Azərbaycan Respublikasının səfirliyində leqallaşdırılmış sənəd*
  • (daxili və xarici) pasportun surəti
  • Qeydiyyat üçün lazımı sənədləri imzalamağı, dövlət orqanlarına müraciət etməyi və bununla bağlı bütün hərəkətləri etmək üçün müvəkkil şəxsin adına notariusda təsdiq olunmuş və ya müvafiq ölkədə Azərbaycan Respublikasının səfirliyində leqallaşdırılmış* etibarnamə

Hüquqi şəxsin nümayəndəliyinin təsisi

  • Baş müəssisənin notariusda təsdiq olunmuş və ya müvafiq ölkədə Azərbaycan Respublikasının səfirliyində leqallaşdırılmış hüquqi şəxsin nizamnaməsi*
  • Baş müəssisənin qeydiyyat haqqında şəhadətnaməsi*
  • Hüquqi şəxsin nümayəndəliyinin təsis edilməsi barədə qərar
  • Qeydiyyat üçün etibarnamə*

Hüquqi şəxsin filialının təsisi

  • Baş müəssisənin notariusda təsdiq olunmuş və ya müvafiq ölkədə Azərbaycan Respublikasının səfirliyində leqallaşdırılmış hüquqi şəxsin nizamnaməsi*
  • Baş müəssisənin qeydiyyat haqqında şəhadətnaməsi*
  • Hüquqi şəxsin filialının təsis edilməsi barədə qərar
  • Qeydiyyat üçün etibarnamə*

* Arxiv məqaləsində MDB ölkələri və Haaqa Apostil Konvensiyası ilə bağlı istisnalar qeyd olunurdu. Qeydiyyat qaydaları dəyişə bildiyi üçün cari hüquqi tələbləri rəsmi dövlət mənbələrindən dəqiqləşdirmək lazımdır.

Bizimlə əlaqə

Geriyə zəng sifariş edin

Həftənin iş günləri saat 9:00-18:00 arası bizim konsultantlar sizinlə əlaqə saxlayacaqlar. Sizə kömək edə bilməyimizə şad olarıq.

⌖
Bakı, Nəsimi r-n, Ceyhun Hacıbəyli 43b, AZ1014+994 51 240 75 33[email protected]

Məlumatlarınız yalnız müraciətinizə cavab vermək üçün istifadə olunacaq.

HB CONSULTING

Biznesinizi uğura aparan yol!

Düzgünlük, obyektivlik və yüksək keyfiyyət prinsipləri ilə.

Konsultasiya al ↗